Moskva Region Mərkəzi Tədqiqat Mühəndisliyi İnstitutu Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları tərəfindən gizli daşınması üçün kompakt "Poloz" adlı tapança hazırlanıb. 

Unikal.org xəbər verir ki, 9 mm çaplı özüdoldurulan tapança 50 metrə qədər məsafədən vura bilir. Silah -50 ilə +50 dərəcə arasında sınaqdan keçirilib. Atışma üçün 9x19 mm-lik tapança patronları, o cümlədən polad nüvəsi olan güllə istifadə olunur. 

Xəzinənin tutumu - 15 və ya 18 patrondur. Silahın istifadəliliyi ən azı 10 min atəş qədərdir. "Poloz” standart ordu tapançasından daha kiçik və daha yüngüldür. Müxtəlif tutumlu xəznələrdən istifadə edilə bilər. 

Tərtibatçıların fikrincə, istifadəsi rahat, etibarlı və asandır.