Belarus Respublikasının paytaxtı Minskdə ölkədə keçirilən prezident seçkilərindən sonra  baş qaldıran etiraz aksiyalarında iştirakı zamanı həlak olan aktivist Aleksandr Taraykovski ilə vida mərasimi keçirilir. 

Unikal.org xəbər verir ki, minlərlə insan əllərində güllərlə Taraykovskinin polislə qarşıdurma zamanı həlak olduğu Pritıtski küçəsinə axışıb. Ailəsi isə onunla  Olşevski küçəsində vidalaşır (Orada da çoxlu Minsk sakini toplaşıb).

Qeyd edək ki, Taraykovskinin ölüm haqqında şəhadətnaməsində onun açıq döş qəfəsi yarası səbəbindən çoxlu qan itkisindən öldüyü bildirilir. Belarus Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Aleksandr polis əməkdaşlarına qumbara atmağa çalışıb, lakin silah onun əlində partlayıb. Hadisənin şahidlərinin sözlərinə əsasən isə,  Aleksandrın əlində heç nə olmayıb. 34 yaşlı Taraykovskinin üç yaşında qızı var.