Orta ixtisas təhsili üzrə yeni ixtisas yaradılıb.
Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müvafiq dəyişiklik edib.
Qərara əsasən, Humanitar və sosial ixtisaslar qrupuna Hüquq mühafizə fəaliyyəti ixtisası əlavə edilib.
Bu qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.