SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Belarusun prezidenti Aleksandr Lukaşenkonun etiraz aksiyaları ilə bağlı vəziyyətdə əsas səhvini açıqlayıb.

Unikal.org xəbər verir ki, o, “kp.ru”ya müsahibəsində Lukaşenkonun işçi müəssisələrinə gec müraciət etdiyini deyib.

Qorbaçov qeyd edib ki, o özü də SSRİ dağılmamışdan qabaq zavodların fəhlələrinə dəstək üçün üz tutsa da, gecikmişdi. 

“Lukaşenko müəsisələrin fəhlələrinə dəstək üçün müraciət edib. Lakin deyəsən, artıq gecdir”,-deyə Qorbaçov bildirib.