Nigeriyada “Qərbi Afrikada İslam dövləti” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqində yerləşən Kukava şəhərinə hücum edərək yüzlərlə mülki şəxsi girov götürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəhbəri məlumat verib.
Hazırda təhlükəsizlik xidmətinin əməkdaşları girovları azad etmək üçün tədbirlər görür.
Qeyd edək ki, 2015-ci ilin yazında “Boko Haram” terror qruplaşması parçalanıb və bir qrup İŞİD-ə qoşulduqlarını elan edib. Yeni qruplaşma İŞİD tərəfindən tanınıb və “Qərbi Afrikada İslam dövləti” adlandırılıb. Terror qruplaşmasının əsas nöqtələri Çad gölünün cənub və cənub-qərbində, Nigeriya, Çad, Kamerun və Nigerin sərhədlərinin kəsişməsində yerləşir.