Azərbaycanda 14 yaşlı qızı ərə vermək istəyiblər.
Unikal.org xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Feysbuk profilində məlumat paylaşıb.
O bildirib ki, səhər tezdən edilən zənglə rayonların birində 14 yaşlı qızın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılacağına dair məlumat alıb:
Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".