Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsini metronun "Nərimanov Nərimanov" stansiyası ilə əlaqələndirən yeni marşrut xətti istifadəyə verilib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu addım Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığı, sərnişindaşımada təhlükəsizliyin təmin olunması çərçivəsində atılıb.