Məktəbəhazırlıq qruplarına məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə başlanılıb.

Unikal.org xəbər verir ki, buna baxmayaraq mektebeqebul.edu.az elektron sistemində yüklənmə olduğundan hazırda sorğu yerləşdirmək mümkün deyil. Qeyd edək ki, avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib.

2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.