Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Unikal.org xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov barəsində təqdimata baxılıb.
Hakim Fərid Əmirəliyevin sədrlik etdiyi iclasda qərar elan edilib və onların barəsində də həbs qətimkan tədbiri seçilib.
***
13:12
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.
Unikal.org xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq.