Şimali Korey lideri Kim Çen In öz səlahiyyətlərinin yarısını kiçik bacısı Kim Yo Çjona verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, stressi azaltmaq üçün belə edib.
Məlumata görə, KXDR rəhbəri əvvəlki kimi tam hakimiyyətə malik olacaq, lakin tədricən öz vəzifələrini kiçik bacısına ötürəcək.
“Yo Çjon - de-fakto iki nömrəli liderdir, ancaq varis hələ seçilməyib”, - deyə mənbədən agentliyə bildirilib.
Məlumata görə, Şimali Koreya liderinin bacısı səlahiyyətlərinin çoxunu qəbul etsə də, hakimiyyəti bölüşən yeganə şəxs deyil. O, Cənubi Koreya və ABŞ-la siyasətdə məsuldur, həmçinin bir sıra ümumi məsələlərə cavabdehdir.
Dövlət Məsələləri üzrə Komissiya sədrinin müavini Pak Ponq Cu və yeni baş nazir Kim Tok Hun isə iqtisadi sahəni nəzarətə götürüblər.