Xəbər verdiyimiz kimi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S. Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir: "Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.
*** 19:24
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, L. Şövkət xəstəxanaya yerləşdirilib.
Onun cərrahi əməliyyat olunacağı bildirilir.