Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə mübarizə məqsədilə müəyyənləşdirdiyi qaydalara zidd olaraq son vaxtlar paytaxtın bir neçə məşhur restoranında adamların kütləvi şəkildə iştirak etdikləri toy və nişan mərasimlərinin keçirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Unikal.org-a verilən məlumata görə, Bakıda ictimai iaşə xidmətləri göstərən “Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası bununla əlaqədar olaraq bildirir ki, bu restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir.
“Sərt karantin rejimi dövründə “Nar & Sharab”da və “Sapphire Zagulba”da heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürlmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür”, restoranların administrasiyalarının bəyanatında bildirilir.