Amerikalı müğənni Billi Ayliş ABŞ-da demokratların qurultayında çıxış edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, prezident seçkilərində Co Baydenə səs verməyə çağırıb və ilk dəfə yeni mahnısını səsləndirib:
“Qarışıqlıq olduğunu başa düşməyiniz üçün mənə ehtiyacınız yoxdur. Donald Tramp ölkəmizi və bizim üçün vacib olan hər şeyi məhv edir. Bizə ab-havanı dəyişən və COVID-19 kimi problemləri inkar edən yox, onları həll edən liderlər lazımdır.
Sistemli irqçiliyə və bərabərsizliyə qarşı mübarizə aparacaq liderlər. Hər şey Donald Trampa qarşı Co Baydenə səs verməklə başlayacaq. Susmaq seçim deyil, geri çəkilmək olmaz.
Biz elə səs verməliyik ki, sanki həyatımız və bütün dünya bundan asılıdır, əslində, bu elədir ki, var. Gələcəyə əmin olmağın yeganə yolu onu özünüzün yaratmağınızdır. Xahiş edirəm, qeydiyyatdan keçin, zəhmət olmasa, səs verin”.