Cozef Bayden Demokratlar partiyası tərəfindən ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsinə rəsmi razılıq verib.

Unikal.org xəbər verir ki, bu barədə o, partiyanın onlayn qurultayında çıxışı zamanı bildirib.

“Mən demokrat olmaqdan qürur duyuram və mənim üçün bu namizədliyi qəbul etmək böyük şərəfdir”, - deyə Bayden qeyd edib.

Siyasətçi çıxışı zamanı ABŞ-ın onun prezidentliyi zamanı “zülmət dövrünü” dəf edəcəyinə söz verib.

Beləliklə, cari ilin noyabrın 3-də keçiriləcək prezident seçkilərində Bayden ABŞ-ın hazırkı lideri Donald Trampla rəqabətə girəcək.