Gürcüstanda son sutkada koronavirusa 15 yeni yoluxma halı təsdiqlənib, 20 pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 385-ə, sağalanların sayı isə 1 128-ə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib. 232 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə karantin zonalarında 6 903, tibbi nəzarətdə isə 278 nəfər saxlanılır.