Ermənistanda daha 158 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 42 477-yə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 842-yə çatıb. İndiyədək 35 693 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 689 aktiv koronavirus xəstəsi var.