Türkiyə hökuməti İstanbulda Müqəddəs Xilaskar kilsəsinin yerləşdiyi Çora məbədini məscidə çevirməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə Yunanıstanın ERT ictimai kanalı məlumat verir.

Onun məscidə İstanbuldakı Aya Sofya məbədinin keçdiyi prosedurla çevriləcəyi bildirilir.

Qeyd edilir ki, Komnin imperatorları dövrünün ən simvolik bizans abidələrindən olan məbəd özünün freskaları ilə məşhurdur.