Avropa Parlamentinin Xarici İşlər üzrə Parlamenti Belarusdakı vəziyyətlə əlaqədar avqustun 25-də növbədənkənar iclas keçirləcək.
Unikal.org xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilir.
İclasın 11:00-dan 13:00-dək (Bakı vaxtı ilə 13:00-dan 15:00-dək) onlayn rejimdə keçiriləcəyi bildirilir.
Xatırladaq ki, Belarusda avqustun 9-da baş tutan prezident seçkilərindən sonra kütləvi etiraz aksiyaları başlayıb. Hadisələr nətcəsində 2 nəfərin öldüyü, yüzlərlə insanın saxlanıldığı bildirilir. Milis və daxili qoşunlar aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq edib. Zavod və fabriklərdə mitinqlər keçirilir.