Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev Novxanıda bağ evində nəvəsinə toy mərasimi keçirib.
Unikal.org xəbər verir ki, sözügedən məsələ ilə bağlı Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov açıqlama verib:
“O barədə açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.