Latviya və Estoniya Belarus rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq etmək qərarına gəlib.

Unikal.org  xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Latviya və Estoniya Xarici İşlər nazirlikləri Belarusdakı prezident seçkiləri ilə əlaqədar ciddi narahatlıqlarını ifadə edir və ölkədəki böhranın dinc və qanuni həllinə çağırır. Hər iki ölkə ayrı-ayrı məmurlara qarşı fərdi sanksiyalar tətbiq edəcək. Xüsusilə sanksiyalar vizaların verilməsində məhdudiyyətləri nəzərdə tutur", - deyə XİN bəyan edib.

Belarus rəsmilərindən kimlərin iki ölkənin sanksiya siyahılarına daxil olacağı barədə isə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Litva Prezident Alexander Lukaşenko da daxil olmaqla, Belarusun 32 rəsmisinə qarşı sanksiya tətbiq edib.