Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı 4 nəfər ölüb.

Qeyd edilib ki, partlayışdan sonra yanğın baş verib. 60 nəfərdən çox sakin binadan təxliyə edilib.