Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda 92 227 şübhəli koronavirus testindən keçib, onlardan 1203-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 749 nəfər olub, 772 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 255 723 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6080 nəfər ölüb.