Əfqanıstanın Həcc Bahəddin rayonunun Lalə Güzər əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" qiyamçısı öldürülüb, 2-si yaralanıb.
Unikal.org xəbər verir ki, bunu əyalət polis qüvvələrinin mətbuat katibi Tahar Cavad Hicri bildirib.
Onun sözlərinə görə, toqquşmalar qiyamçılar əyalətin Taxar nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.
“Taliban” hələlik hücumla bağlı hər hansı bir açıqlama verməyib.