Türkiyədə son sutka ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 102 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 309 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 257 032 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 801 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 236 370 nəfər təşkil edir.