Türkiyənin İzmir vilayətində yerləşən meşə sahəsində yanğın baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Çiftliköy rayonunda olub. Yanğın yaşayış yerinin yanında yerləşən ərazidə baş verib.

Hadisə yerinə İzmir Regional Meşə İdarəsi ilə əlaqəli briqadalar cəlb edilib.

Yanğın iki helikopter və dörd suvarma maşını istifadə edərək nəzarət altına alınıb.