Hindistanda son sutka ərzində daha 69 239 nəfər koronavirusa yoluxub, 912 ölüm faktı qeydə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, bununla da virusa yoluxanların ümumi sayı 3 044 940 nəfərə, pandemiya qurbanlarının sayı isə 56 min 706-ya çatıb.
Qeyd edək ki, bu günədək ölkədə 2 280 566 nəfər xəstəlikdən sağalıb.