Xəbər verdiyimiz kimi Türkiyənin Giresun vilayətində sel hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bu barədə məlumat verib. Nazir bildirib ki, təbii fəlakət zamanı bir jandarma və 3 mülki şəxsin cəsədi tapılıb, 11 nəfərin siə itkin düşdüyü bildirilib.
Qeyd edək ki, selin törətdiyi fəsadlar səbəbindən 118 kənd yolu bağlıdır.