ABŞ-da polis həbs edilərkən daha bir afroamerikalı vətəndaşı öldürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Luiziana ştatında bir nəfəri vuraraq öldürblər. Hadisə Lafayette şəhərində baş verib.
Amerika Vətəndaş Azadlıqları Birliyi hadisəni "qara dəriliyə qarşı polis zorakılığının dəhşətli bir hadisəsi" adlandırdı.
Qeyd edək ki, bu ilin may ayında ABŞ-da fırıldaqçılıqda ittiham olunan Corc Floyd adlı şəxsin saxlanılarkən polis tərəfindən boğularaq öldürülməsi Minneapolis ştatında etirazlara səbəb olmuşdur.