Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalında 19 yaşlı əsgər ölüb.

Unikal.org tert.am-a istinadən bildirir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Ermənistanın hərbi hissələrindən birində müddətli hərbi qulluqçu, siravi Xaçik Qasparoviç Baqdasaryan (2001-ci il təvəllüdlü) huşunu itirib.

O, nazirliyin mərkəzi klinik hərbi hospitalına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.