Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı David Tonoyanla görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskvada baş tutan görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Bundan əlavə, nazirlər ikitərəfli hərbi əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.