İtaliyada son sutka ərzində 1209 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 259 min 345 nəfərdir.
Son bir gündə pandemiya qurbanlarının sayı 7 nəfər artaraq 35 min 437-yə çatıb, 205 min 470 xəstə müalicə olunaraq sağalıb.