Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1217 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6121, virusa yoluxanlar isə 258 249 nəfərə çatıb.
Türkiyədə indiyədək 237 165 pasiyent (son sutkada 795 nəfər) sağalaraq evə buraxılıb.