Türkiyənin Giresun vilayətində baş verən selin yaratdığı fəlakətlə tanış olan nazir ölümdən son anda qurtarıb.
Unikal.org xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Giresunda yaşanan fəlakət zamanı sel sularına düşməkdən son anda xilas olub. Müvazinətini itirən nazirə yanındakı insanlar kömək ediblər.
Daha sonra nazir ərazini helikopterdən müşahidə edib.
Qeyd edək ki, sel fəlakəti zamanı 2 əsgər həyatını itirib. Bundan başqa, 6 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb. Əməliyyatlar nəticəsində 153 nəfər xilas edilib.