ABŞ prezidenti postuna namizəd Co Bayden seçkiöncəsi mitinqlər keçirmədən seçkilərdə qalib gəlməyə hazırdır.

Unikal.org xəbər verir ki, bu barədə sabiq vitse-prezident ABC telekanalına müsahibəsində deyib.

Aparıcı ölkədə koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində məhdudiyyətlərin hələ də olduğunu vurğulayıb və daha sonra demokratdan soruşub ki, “evdən çıxmadan” qələbə qazana bilərmi.

“Biz mütləq qələbə qazanacağıq!” – deyə Bayden vurğulayıb.

Siyasətçi bildirib ki, həkimlərin tövsiyələrinə riayət etmək fikrindədir.

“Trampın keçirdiyi ictimai tədbirlərdən sonra “insanlar ölür”. Çünki onlar bir yerə toplanırlar və maska taxmırlar, nəticədə yoluxurlar”, - deyə Bayden vurğulayıb.