Gürcüstanda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub, 5 pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1 421-ə, sağalanların sayı isə 1 137-yə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə 7 005 nəfər karantində, 255 nəfər isə stasionar nəzarətdə saxlanılır.