FOX TV-nin məşhur xəbər siması Fatih Portakal istefa verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, FOX TV-nin xəbər koordinatoru aparıcının işdə qalmasında israrlı olsa da Fatih Portakal yorulduğunu və ayrılmaq istədiyini bildirib. 

“Artıq yorulmuşam, hiss edirəm ki özümü təkrarlamağa başlamışam. Artıq jurnalistlik etməyəcəyəm, təqaüdə çıxmaq istəyirəm”, – deyə Fatih Portakal bildirib. Onu əvəz edəcək yeni xəbər siması isə bu günlərdə bəlli olacaq.