İranın paytaxtı Tehranda və Əlburz əyalətində saxta tibb bacısı vəsiqəsi ilə işləyən “səhiyyə işçiləri” və saxta sənədləri hazırlayan şəxslər tutulub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əlburz əyalətinin polis rəisi Məhəmməd Nadirbegi məlumat verib. Onun sözlərinə əsasən, saxta vəsiqə ilə işləyən 11 “səhiyyə işçisi” və saxta sənədləri hazırlayan 2 şəxs həbs edilib:

"Onlar hər bir saxta sənəd üçün 5 milyon tümən (140 manat) pul tələb etdiklərini etiraf ediblər. Bundan əlavə tutulan şəxslər 75 nəfərə saxta səhiyyə sənədi düzəldiblər”.