Türkiyənin Bodrum bölgəsində qeyri-adi toy keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, Esra və Caner Çelik cütlüyünün toyu koronavirus pandemiyası dövrünə təsadüf edib.
Sosial məsafə gözləmək məqsədilə toyun təşkil olunduğu zalın girişində bəylə gəlinin manekenləri qoyulub ki, dəvətlilərin hədiyyə olaraq gətirdikləri zinət əşyaları onlara taxılsın.