Türkiyənin Bursa şəhərində toy şənliklərində iştirak edən 42 nəfərdə COVİD-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Bursa Şəhər Səhiyyə İdarəsinin müdiri Ömər Qaşıqçı bildirib. O, virusun şəhərdə son iki həftə ərzində keçirilən üç toyda iştirak edən beş nəfərdən yayıldığını deyib.
Ö.Qaşıqçı xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslərin əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalarının, mümkün qədər evdən çıxmamalarının vacibliyini vurğulayıb.