İngiltərədə keçirilən hərracda Hindistan azadlıq hərəkatının ideoloqlarından biri, tanınmış ictimai və siyasi xadim Mahatma Qandinin gözlüyünə rekord məbləğ təklif olunub.

Unikal.org xəbər verir ki,  Qandinin gözlüyü 340 min dollara (578 min manat) satılıb.

Qeyd olunur ki, gözlük amerikalı kolleksioner tərəfindən alınıb.