Rusiya və Belarus arasında hərbi müqavilələr imzalanıb.
Unikal.org xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi açıqlama yayıb.
Moskva və Minsk hava hücumundan müdafiə sistemi, helikopterlər və zirehli texnikalarla bağlı bir neçə müqavilə imzalayıb.
İmzalanan müqavilələrə əsasən, Rusiya 2025-ci ilə qədər Minsk şəhərini müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz etməlidir.
Digər razılaşmaya görə, Rusiya BTR-82A zirehli texnikasının iki batalyonunu və 4 ədəd Mi-35M helikopterlərinin ilk dəstəsini Belarusa göndərəcək.
Qeyd edək ki, Belarus Müdafiə naziri Sergey Simonenko Moskvada səfərdədir.