"İşlərimizə əngəl olmaq istəyənlərə lazım gəldikdə güc tətbiq edəcəyimizi göstərdik".
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Egeydə, eləcə də Aralıq dənizində yurdumuzun haqqını, qanununu və maraqlarını tərəddüd etmədən yerinə yetirdik. Qara dənizi də axtarış bölgəmizə daxil etdik. Bu səyləri əzm və qətiyyətlə həyata keçirən keçmiş Enerji və Təbii Sərvətlər nazirimiz Barat Albayraq və indiki nazirimiz Fateh bəyə təşəkkür edirəm", - Ərdoğan deyib.