Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin  "112 - Qaynar Xətt”inə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə  Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

*** 11:20

Bakıda yanğın hadisəsi baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Şəfayət Mehdiyev küçəsində, Ədliyyə nazirliyinin binasında yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.

Famil Fərhadoğlu