Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Surra kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, ümumi çəkisi 4 tondan artıq olan 4114 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

​Faktla bağlı araşdırma aparılır.