ABŞ-ın Viskonsin ştatında yerləşən Kenoşa şəhərində iğtişaşlar zamanı baş verən atışma nəticəsində həlak olanların sayı iki nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Məlumata əsasən, artıq üçüncü gündür ki, davam edən iğtişaşlar zamanı daha üç nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Şəhərdə tətbiq olunan komendant saatına baxmayaraq, Afrika əsilli amerikalı Ceykob Bleykomun polis tərəfindən yaralanmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar səngimək bilmir. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Etirazçılardan bəziləri avtomobillərin şüşələrini sındırmağa başlayıb. Nəticədə üzərində odlu silah gəzdirən aksiya iştirakçıları və onlara mane olmağa çalışan silahlı avtomobil sahibləri arasında atışma baş verib.