İranda mədəndə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  partlayış İranın Sərəxs şəhərinin Ağ Dərbənd mədənində olub, nəticədə iki nəfər həyatını itirib.

Hadisə günün ikinci yarısında qeydə alınıb. Ölənlər mədən işçiləridir. Hadisə zamanı bir neçə nəfərin yaralandığı da bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.