İmişli rayonunda yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mərzəlik kəndində ümumi sahəsi 130 m² olan çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binanın 2-ci mərtəbəsinin tavanı 65 m² sahədə, yaxınlıqda ümumi sahəsi 9 m² olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 m² olan digər tikilinin taxta atmaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.