Əgər Saakaşvili Gürcüstana qayıtsa, onu sərhəddə saxlama proseduru gözləyir.
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Ədliyyə naziri Tea Çulukiani deyib.
“Onun Gürcüstana qayıtmasını alqışlayırıq. Şübhəsiz ki, onu sərhəddə saxlama proseduru və əlbəttə ki, gürcü həbsxanası gözləyir”, – deyə o bildirib.
Qeyd edək ki, Saakaşvili bundan öncə Gürcüstana qayıdacağını bildirib.