İndoneziyanın cənubunda yaşayan Toraja qəbiləsinin üzvləri hər il ənənəvi olaraq ölülərini məzardan çıxarıb, yeni geyimlər geyindirərək siqaret çəkdirirlər.
Unikal.org xəbər verir ki, qəbilə üzvləri ölülərini ildə bir dəfə qəbirdən çıxarıb geyimlərini yeniləmələrinin onlara şans gətirəcəyinə inanır və ölülərlə şəkil çəkdirirlər.
İki milyon üzvü olan və ölülərin ruhunun evdə qaldığına inanan qəbilə üzvləri ölən ailə üzvlərinə yemək və su verir, geyimlərini dəyişdirir, ölməzdən əvvəl siqaret çəkən ölülərinə siqaret çəkdirirlər.
Qeyd edək ki, hər il iyul-avqust və sentyabr ayında həyata keçirilən ənənə zamanı ölülər bir neçə həftə yeni geyimləri ilə saxlanıldıqdan sonra yenidən məzarlarına qoyulur.