Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.
Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi 29 kilometr olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.